Minsk-2019: Bakı-2015-in qalibləri 19-cu olublar 

Minsk-2019: Bakı-2015-in qalibləri 19-cu olublar 
# 22 iyun 2019 13:40 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güllə atıcılarının mübarizəsinə start verilib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, öncə qarışıq komandaların mübarizəsi başlayıb. 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda qüvvəsini sınayan cütlər arasında Azərbaycan təmsilçiləri də yer alıblar. Ruslan Lunyov və Nigar Nəsirova hədəf önünə keçiblər. Bakı-2015-in qalibləri təsnifat mərhələsində uğursuz çıxış ediblər. 566 xal toplayan snayperlərimiz 27 komanda arasında 19-cu yeri tutublar. Bununla da mübarizəni dayandıran təmsilçilərimi medallar uğrunda yarışmaq şansını qaçırıblar.

Qeyd edək ki, hər iki idmançımız fərdi yarışlarda da qüvvəsini sınayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR