Minsk-2019: Dünya çempionumuz mübarizəni dayandırıb

Minsk-2019: Dünya çempionumuz mübarizəni dayandırıb
# 26 iyun 2019 21:48 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarının növbəti qarşılaşmaları keçirilib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, “Uruçye Arena”da 1/4 final mərhələsinin döyüşləri davam edir.

Azərbaycan yığmasının daha bir üzvü yarımfinala vəsiqə uğrunda mübarizə aparıb. 60 kq çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev Gürcüstan idmançısı Otar Eranosyanla qarşılaşıb. Dünya çempionumuz 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu gün daha bir Azərbaycan boksçusu 1/4 final döyüşünü keçirəcək. Alfonso Dominqes (81 kq) rinqə çıxacaq. Lorenzo Sotomayor (69 kq) isə artıq yarımfinala yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR