Minsk-2019: Emin Cəfərov 29 iştirakçı arasında 28-ci olub 

Minsk-2019: Emin Cəfərov 29 iştirakçı arasında 28-ci olub 
# 27 iyun 2019 17:57 (UTC +04:00)

Minskdə keçirilən II Avropa Oyunlarında kişi stend atıcılarının skit yarışlarında final mərhələsinin iştirakçıları bilinib.

APA-nin Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, iki gün davam edən təsnifat yarışlarından sonra 6 atıcı həlledici raunda yüksəlib.

Azərbaycan yığmasının üzvü Emin Cəfərov cəmi 107 xal toplamağa nail olub. O, 29 iştirakçı arasında 28-ci yeri tutub.

Qeyd edək ki, yarışın final mərhələsi bu gün keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR