Minsk-2019: Gimnastlarımız batutda 5-ci olub

Minsk-2019: Gimnastlarımız batutda 5-ci olub
# 24 iyun 2019 20:44 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında batut gimnastikası yarışlarına start verilib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan təmsilçiləri Ruslan Ağamirov və İlya Qrişunin kişilərin sinxron hərəkətlərində qüvvələrini sınayıblar.

Gimnastlarımız 47,900 xalla 5-ci yeri tutublar. Yarışın qalibi adını isə polşalılar Lukaş Yavorski və Artur Zakrşevski qazanıb. Onların çıxışı 51,450 xalla qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR