Minsk-2019: İkinci günün gündəliyi

Minsk-2019: İkinci günün gündəliyi
# 22 iyun 2019 08:00 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, tamaşaçılar yarışın ikinci günündə 9 növ üzrə mübarizəyə şahid olacaqlar.

İlk mükafatçıların müəyyənləşdiyi gündə 24 dəst medal sahibini tapacaq. Azərbaycan idmançıları 5 növdə - cüdo, boks, atıcılıq, sambo və gimnastikada qüvvələrini sınayacaqlar. Təmsilçilərimiz 1/16 final mərhələsi keçirilən boks istisna olmaqla, bütün növlərdə medal şanslarını yoxlayacaqlar. Cüdo və samboda bu şanslar kifayət qədər yüksəkdir.

Qeyd edək ki, gün ərzində keçiriləcək kamandan oxatma, basketbol, stolüstü tennis və velosiped idmanında təmsilçilərimiz olmayacaq.

22 iyun
Gimnastika

16:03. İdman akrobatikası, dinamik hərəkətlər
Qarışıq cütlər, final
Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi
17:24. İdman akrobatikası, balans hərəkətləri
Qarışıq cütlər, final
Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi
15:00. Bədii gimnastika
Fərdi çoxnövçülük, final
Zöhrə Ağamirova
Cüdo
11:30. Qadınlar, 48 kq
Aişə Qurbanlı – Aleksandra Pop (Rumıniya)
11:45. Qadınlar, 52 kq
Aleksandra Larisa Florian – Karolina Pienkovska (Polşa)
Gültac Məmmədliyeva – Katri Kakko (Finlandiya)
12:00. Qadınlar, 57 kq
İçinxorlu Munxtsedev – Eteri Liparteliani (Gürcüstan)
12:15. Kişilər, 66 kq
Nicat Şıxəlizadə - Boqdan İadov (Ukrayna)
12:45. Kişilər, 60 kq
Kəramət Hüseynov – Matyaj Trbovç (Sloveniya)
Orxan Səfərov – David Starkel (Sloveniya)
Boks
Kişilər, 1/16 final

19:30. 60 kq
Cavid Çələbiyev – Nikola İvkoviç (Bosniya və Herseqovina)
15:00. 69 kq
Lorenzo Sotomayor – Qurqen Madoyan (Ermənistan)
16:00. 75 kq
Kamran Şahsuvarlı – Giorgi Harabadze (Gürcüstan)
21:45. 81 kq
Alfonso Dominqes – Stepan Hrekul (Ukrayna)
Sambo
Kişilər, 1/4 final

11:12. 57 kq
Mehman Xəlilov – Vladislav Buroz (Belarus)
11:26. 68 kq
Emil Həsənov – Laslo Jolt-Soke (Rumıniya)
11:52. 82 kq
Ceyhun Hüseynov – Besarionu Berulava (Gürcüstan)
Qadınlar
12:32 72 kq

Gözəl Zutova – Kamil Laros (Fransa)
Atıcılıq
Güllə atıcılığı, qarışıq komandalar

12:30. Pnevmatik tapança, 10 m
Nigar Nəsirova-Ruslan Lunyov
Stend atıcılığı
10:00. Kişilər, trap

Əli Hüseynli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR