Minsk-2019: İlk mükafatçılar müəyyənləşib

Minsk-2019: İlk mükafatçılar müəyyənləşib 
  • Clock-gray 13:41
  • calendar-gray 22 İyun 2019

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında ilk mükafatçılar müəyyənləşib. 

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, ilk medallar güllə atıcılarının mübarizəsində sahibini tapıb. Qarışıq komandaların 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında qalib bəlli olub. Rusiyalılar Vitalina Batsaraşkina və Artyom Çernousov qızıl medala sahib çıxıblar. Onlar finalda serbiyalılar Zorana Arunoviçlə Damir Mikeçə qalib gəliblər – 17:9. Almaniyalılar Sandra Reyts və Kristian Reyts isə bürünc mükafata yiyələniblər. 

Qeyd edək ki, bu növdə çıxış edən Azərbaycan təmsilçiləri Ruslan Lunyov və Nigar Nəsirova təsnifatda 19-cu olublar.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date