Minsk-2019: Lorenzo Sotomayor Avropa Oyunlarını bürünc medalla bitirib

Minsk-2019: Lorenzo Sotomayor Avropa Oyunlarını bürünc medalla bitirib
  • Clock-gray 17:34
  • calendar-gray 28 İyun 2019

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının boks yarışları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün yarımfinal görüşləri keçirilir.

Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayor finala vəsiqə uğrunda qarşılaşmada qüvvəsini sınayıb. 69 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz böyük britaniyalı Pat Makkormakla qarşılaşıb.

Bunadək “Uruçye Arena”da keçirdiyi 1/16 finalda ermənistanlı Qurqen Madoyanı 5:0, 1/8 finalda bosniya və herseqovinalı Adem Fetahoviçi 4:1, 1/4 finalda kosovolu Patriot Behramii 5:0 hesabı ilə məğlub edən L.Sotomoayor bu dəfə qalib gələ bilməyib. Bununla da idmançımız həm də Avropa çempionatı statusu daşıyan Avropa Oyunlarında bürünc medal qazanıb. Bu, təmsilçimizin mötəbər yarışda ikinci mükafatıdır.

Rio Olimpiadasının gümüş mükafatçısı dörd il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarının qalibi olmuşdusa, bu dəfə kolleksiyasına bürünc əlavə edib.

Qeyd edək ki, bu gün daha bir Azərbaycan boksçusu yarımfinal görüşünə çıxacaq. Alfonso Dominqes (81 kq) italiyalı Simone Fiori ilə qarşılaşacaq.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date