Minsk-2019: Mariya Stadnik Azərbaycana növbəti qızıl medalı qazandırıb - FOTOSESSİYA

Minsk-2019: Mariya Stadnik Azərbaycana növbəti qızıl medalı qazandırıb - FOTOSESSİYA
# 28 iyun 2019 19:59 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında qadın güləşçilərin sonuncu dörd çəkidə medal qarşılaşmalarına start verilib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, öncə 50 kq çəki dərəcəsində mükafatçılar bəlli olublar.

Azərbaycan yığmasının lideri Mariya Stadnik qızıl medal uğrunda görüşə çıxıb. Dünya və yeddiqat Avropa çempionumuz finalda ukraynalı Oksana Livaçla görüşüb. Yarışa 1/4 finaldan başlayıb, polşalı Anna Lukasyak (10:0) və türkiyəli Evin Demirhanla (6:1) qarşılaşmalarda ciddi çətinlik çəkməyən güləşçimiz ardıcıl 3-cü qələbəsini qazanıb. M.Stadniki ilk dəqiqələrdən üstünlüyə yiyələndiyi görüşdə 7:1 hesabı ilə qalib gəlib. Bununla da təmsilçimiz dörd il əvvəl Bakıda keçirilən Avropa Oyunlarında qazandığı nailiyyəti təkrarlayıb.

Bu, Azərbaycan yığmasının Minsk-2019-da qazandığı 18-ci medal olub. Yığmamızın hesabında 3 qızıl, 5 gümüş və 10 bürünc mükafat var.

Qeyd edək ki, bu gün daha üç qadın güləşçimiz mükafat uğrunda mübarizə aparacaq. Elmira Qəmbərova (62 kq) qızıl, Alyona Kolesnik (57 kq) və Səbirə Əliyeva (76 kq) bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR