Minsk-2019: Məryəm Cəbrayılova üçün Oyunlar başa çatıb

Minsk-2019: Məryəm Cəbrayılova üçün Oyunlar başa çatıb
# 24 iyun 2019 17:59 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycanın yeganə qadın boksçusu Məryəm Cəbrayılova bu gün mübarizəyə qoşulub.

69 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 final döyüşünə çıxıb. “Uruçye Arena”da təşkil olunan yarışda boksçumuz macarıstanlı Vivyen Budai ilə görüşüb. Gərgin mübarizə şəraitində keçən döyüş macar boksçunun qələbəsi ilə başa çatıb.

M.Cəbrayılova isə Avropa Oyunlarında çıxışını başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR