Minsk-2019: Qadın güləşçilərimizin rəqibi müəyyənləşib

Minsk-2019: Qadın güləşçilərimizin rəqibi müəyyənləşib
# 26 iyun 2019 23:28 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

APA-nın Belarusa ezam olunmuş əməkdaşının məlumatına görə, iyunun 27-də son 4 qadın güləşçimiz mübarizəyə qoşulacaq.

Bu gün keçirilən püşkatma mərasimində yığma üzvlərinin rəqibləri müəyyənləşib.

Belə ki, komandamızın lideri Mariya Stadnik (50 kq) ilk mərhələdən azaddır. O, 1/4 finalda Emanuela Liuzzi (İtaliya) - Anna Lukasiak (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

57 kq kq çəki dərəcəsində mübarizə aparacaq Alyona Kolesnik ilk cəhdində macararıstanlı Ramona Qalambosu sınağa çəkəcək. Onun kimi Elmira Qəmbərova (62 kq) və Səbirə Əliyeva (76 kq) da Oyunlara 1/8 finaldan qoşulacaq. Bu güləşçilər müvafiq olaraq, Luzi Manke (Almaniya) və Aykaterinierini Pitsiava (Yunanıstan) ilə üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR