Minsk-2019: Ruslan Lunyov final mərhələsindən kənar qalıb

Minsk-2019: Ruslan Lunyov final mərhələsindən kənar qalıb
# 23 iyun 2019 11:51 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının güllə atıcılığı yarışları davam edir.

APA-nın Minskə ezam olunan əməkdaşının məlumatına görə, 10 m məsafədən pnevmatik tapança ilə atəş açan kişilərin mübarizəsində təsnifat mərhələsi başa çatıb.

Azərbaycan təmsilçisi Ruslan Lunyov yarışda uğursuz çıxış edib. 574 xal toplayan idmançımız 20-ci yeri tutub. O, finala yüksələn ilk 8 yerə yüksələ bilmədiyindən bu növdə mübarizəni dayandırıb.

Qeyd edək ki, bu gün daha bir snayperimiz Nigar Nəsirova pnevmatik tapançadan 10 metrdən hədəfi nişan almağa çalışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR