Minsk-2019: Ruslan Lunyov 13-cü olub - YENİLƏNİB

Minsk-2019: Ruslan Lunyov 13-cü olub - YENİLƏNİB
# 26 iyun 2019 15:47 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının güllə atıcılığı yarışları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, kişilərin kiçikçaplı tapança ilə 25 metrdən sürətli atəş açma yarışında təsnifat mərhələsinə yekun vurulub.

Azərbaycan təmsilçisi Ruslan Lunyov iki gün davam edən yarışı 573 xalla başa vurub. Öz qrupunda birinci olan snayperimiz ümumi nəticədə 13-cü olub.

Qeyd edək ki, bu mərhələdə 588 xal toplayan almaniyalı Kristina Ritz qalib gəlib.

***

Saat. 14:06

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının güllə atıcılığı yarışları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, kişilərin kiçikçaplı tapança ilə 25 metrdən sürətli atəş açma yarışında təsnifat mərhələsi keçirilir.

Azərbaycan təmsilçisi Ruslan Lunyovun çıxışı uğurlu alınıb. İki gün davam edən təsnifat mübarizəsində idmançımız 573 xal yığıb.
Təcrübəli snayper yer aldığı qrupda bütün rəqiblərini qabaqlayaraq 1-ci olub. O, bu gün axşam saatlarında medallar uğrunda mübarizə aparacaq 8 atıcı arasında yer almaq üçün digər qrupların nəticələrini gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR