Minsk-2019: Stend atıcılığı üzrə Azərbaycan komandası 9-cu olub

Minsk-2019: Stend atıcılığı üzrə Azərbaycan komandası 9-cu olub
# 28 iyun 2019 14:47 (UTC +04:00)

Azərbaycan stend atıcıları Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarındakı çıxışlarını başa vurublar.

APA-nın məlumatına görə, təmsilçilərimiz stenddəki yarışların son günündə skitdə qüvvələrini sınayıblar.

Qarışıq komandaların mübarizəsində ölkəmizi Emin Cəfərovla Nurlana Cəfərova təmsil edib. 136 xal toplayan snayperlərimiz təsnifat mərhələsini 9-cu yerdə başa vurublar. Komandamız finala yüksələn “dördıük”dən kənarda qalıb.

Qeyd edək ki, bu gün baş tutacaq final mərhələsi ilə stend atıcılığı yarışlarına yekun vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR