Minsk-2019: Tayfur Əliyev mübarizəni dayandırıb

Minsk-2019: Tayfur Əliyev mübarizəni dayandırıb
# 24 iyun 2019 16:05 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarının dördüncü gününə start verilib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, öncə 56 kq çəki dərəcəsində 1/8 final döyüşləri keçirilib.

Azərbaycan boksçusu Tayfur Əliyev də “Uruçye Arena”da təşkil olunan yarışda növbəti sınağına çıxıb. O, ukraynalı Nikola Butsenko ilə görüşüb. T.Əliyev məğlubiyyətlə üzləşərək 1/4 finala yüksələ bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR