Minsk-2019: Yeddinci günün gündəliyi

Minsk-2019: Yeddinci günün gündəliyi
# 27 iyun 2019 07:50 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının yeddinci günündə 9 idman növsü üzrə yarışlar keçiriləcək.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 5 növdə 24 dəst medal sahibini tapacaq.

Kamandan oxatma, güləş (sərbəst və qadın), atıcılıq (stend və güllə), kanoe və kayaklarda avarçəkmə, velosiped idmanı (trek) növlərində qaliblər bilinəcək. Badminton, çimərlik futbolu, stolüstü tennis və gimnastika (idman) növlərində də yarışlar keçiriləcək.

Azərbaycan idmançıları 5 müxtəlif növdə qüvvələrini sınayacaqlar. Güləşçilər, idman gimnastları, stend atıcıları, həmçinin badmintonçu və avarçəkənimiz bacarığını nümayiş etdirəcək.

Badminton
13:35. Kişilər, fərdi yarış, 1/8 final
Ezmi Qovimuramadhoni – Mark Kalyou (Hollandiya)
Güləş
12:50. Qadın güləşi, 57 kq, 1/8 finaı
Alyona Kolesnik – Ramona Qalambos (Macarıstan)
13:30. Qadın güləşi, 62 kq, 1/8 final
Elmira Qəmbərova – Lusi Manzke (Almaniya)
13:50. Qadın güləşi, 76 kq, 1/8 final
Səbirə Əliyeva – Aykaterini-Eyrini Pitsiava (Yunanıstan)
14:10. Qadın güləşi, 50 kq, 1/4 final
Mariya Stadnik – Emanuella Liuzzi (İtaliya)-Anna Lukasyak (Polşa) cütünün qalibi
19:50. Sərbəst güləş, 65 kq, final
Hacı Əliyev – Vladimir Xinçeqaşvili (Gürcüstan)
20:40. Sərbəst güləş, 97 kq, final
Nurməhəmməd Hacıyev – Abdulraşid Sadullayev (Rusiya)
İdman gimnastikası
14:00. Kişilər, çoxnövçülük
İvan Tixonov
14:00. Qadınlar, çoxnövçülük
Marina Nekrasova
Kayak və kanoelərdə avarçəkmə
15:00. Qadınlar, K-1, 200 m, B finalı
Mariya-Lorena Manolitsa
Stend atıcılığı
10:00. Kişilər, Skit, təsnifat mərhələsi
Emin Cəfərov
10:00. Qadınlar, Skit, təsnifat mərhələsi
Nurlana Cəfərova, Regina Meftahətdinova

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR