Minsk-2019: Azərbaycan yığması 13-cü medalını əldə edib

Minsk-2019: Azərbaycan yığması 13-cü medalını əldə edib
# 26 iyun 2019 20:28 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında sərbəst güləş üzrə medal qarşılaşmaları davam edir.

APA-nın Minskə ezam olunmuş məlumatına görə, 74 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşlər baş tutub.

Azərbaycan təmsilçisi Hacımurad Hacıyev ukraynalı Vasili Mixaylovla görüşüb. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən güləşçimiz 9:1 hesabı ilə qalib gələrək Avropa Oyunlarının bürünc medalına yiyələnib.

Bu, sərbəst güləş yığmamızın ikinci, millimizin 13-cü medalı olub. Təmsilçilərimiz 1 qızıl, 4 gümüş və 8 bürünc mükafat əldə ediblər.

Qeyd edək ki, sərbəst güləş yığmamızın üzvü Mahir Əmiraslanov (57 kq) II Avropa Oyunlarının çempionu adını qazanıb. Bu gün daha iki güləşçimiz medal uğrunda mübarizə aparacaq. Aleksandr Qostiyev (86 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Hacı Əliyev (65 kq) və Nurməhəmməd Hacıyev (97 kq) isə sabah finalda qüvvəsini sınayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR