Olimpiya Festivalına hazırlaşan Azərbaycan idmançısı Belçikada çempion olub

Olimpiya Festivalına hazırlaşan Azərbaycan idmançısı Belçikada çempion olub
# 11 iyun 2019 13:56 (UTC +04:00)

Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycanın velosipedçi oğlan və qızlardan ibarət U-17 yığma komandaları Belçikada hazırlıq prosesini davam etdirirlər.

APA-nın məlumatına görə, təlim-məşq prosesi çərçivəsində idmançılarımız bu ölkədə təşkil edilən beynəlxalq turnirlərdə də mübarizə aparırlar.

Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Kamran Mirzəxanov, Nofəl Nuriyev, Nikita Sıtov və Mustafa Muxtarlıdan ibarət komandamız Bertem şəhərində keçirilən beynəlxalq yarışda uğurla çıxış edib. Belçikanın “Cannibal” komandasının heyətində yarışan velosipedçilərimiz 40 km məsafəyə qrup ötüşməsi zamanı əla komanda işi sərgiləyərək Nikita Sıtovun finiş xəttini 1-ci keçməsinə şərait yaradıblar və təmsilçimiz fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalı zamanı iyulun 23-də fərdi, 25-də isə qrup ötüşməsi üzrə qaliblər müəyyənləşəcək. Yarış isə iyulun 21-28-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR