Paralimpiya çempionu Tokio-2020-yə lisenziya qazanıb

Paralimpiya çempionu Tokio-2020-yə lisenziya qazanıb
  • Clock-gray 09:47
  • calendar-gray 12 Noyabr 2019

Azərbaycan Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına 7-ci lisenziyanı qazanıb.

APA-nın məlumatına görə, bu uğura paraatlet Oloxan Musayev nail olub.

Paralimpiya çempionu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının F56 kateqoriyasında diskatma yarışında 41,58 m nəticə göstərərək, dördüncü yeri tutub. Bu nəticə həmyerlimizə Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya verib. 

Mundual noyabrın 15-də bitəcək.

Qeyd edək ki, O. Musayevdən öncə Samir Nəbiyev, Kamil Əliyev (hər ikisi paraatlet), Kamran Zeynalov, Yelena Taranova (hər ikisi paraatıcı), Elşən Hüseynov (parapauerliftinq) və Roman Saley (paraüzgüçü) də Tokio-2020-yə lisenziyaya yiyələniblər.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date