Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarının talismanı təqdim edilib

Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarının talismanı təqdim edilib
# 17 sentyabr 2019 17:22 (UTC +04:00)

2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya və Paralimpiya Oyunlarının talismanı təqdim olunub.

APA-nın məlumatına görə, yarışın rəmzi kimi superbacarıqlara malik buz pandası olacaq.

Yarışın Təşkilat Komitəsinin təqdimetmə mərasimində maskotun adı da açıqlanıb. Buzdan olan kostyum geyinmiş panda Bin Dven Dven adını daşıyır.

Qış Paralimpiya Oyunlarının talismanı isə Şuey Ron Ron olacaq. Bu, Çin fənərlərindən düzəldilmiş balaca oğlandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR