Prezident Avropa Gənclər Olimpiya Festivalının qaliblərini mükafatlandırıb - SƏRƏNCAM

Prezident Avropa Gənclər Olimpiya Festivalının qaliblərini mükafatlandırıb - SƏRƏNCAM
# 30 iyul 2019 17:36 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycanın idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycanın idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar:

birinci yeri tutan hər bir idmançı - 10 000 manat, onun şəxsi məşqçisi - 5000 manat;

ikinci yeri tutan hər bir idmançı - 7000 manat, onun şəxsi məşqçisi - 3500 manat;

üçüncü yeri tutan hər bir idmançı - 5000 manat, onun şəxsi məşqçisi - 2500 manat;

komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR