Səfir: “Bakı-2019-da əsl olimpiya ruhu hiss olunur”

Səfir: “Bakı-2019-da əsl olimpiya ruhu hiss olunur”
# 23 iyul 2019 09:33 (UTC +04:00)

“Bakı-2019-da çox möhtəşəm və dostluq ab-havası var. Əsl olimpiya ruhu hiss olunur”.

APA-nın məlumatına görə, bunu Yeniyetmələrin Yay Olimpiya Oyunlarının ikiqat çempionu Yekaterina Çerniy deyib.

Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının gənc səfiri missiyasını yerinə yetirən ukraynalı qılıncoynadan yarış barədə fikirlərini açıqlayıb: “Hər gün Atletlər kəndində yerləşən “Recreation Center”də bir araya gəlirik. Məşq və yarışdan sonra bütün idmançıların orada istirahət etmək imkanı var. Onlar uzanıb dincələ, stolüstü tennis, bilyard, hokkey, futbol kimi oyunlar oynaya bilərlər. Bunlarla yanaşı, idmançılara maraqlı mədəni təhsil proqramı təqdim olunur ki, bu da yükləmələrdən uzaqlaşmağa, yaxşı əhval-ruhiyyə qazanmağa kömək edir. Biz gənc səfirlər kimi idmançıları ünsiyyətə cəlb etməyə çalışır, idman yarışlarındakı təcrübəmizi və olimpiya təlimi barədə biliklərimizi bölüşür, onlarla sadəcə dostluq edirik. Bunlar mənim çox xoşuma gəlir. Axı, biz idmançılar yarışlardan kənarda müsbət emosiyalar qazanmalı, faydalı biliklərə yiyələnməliyik”.

Qeyd edək ki, iyulun 21-də start götürən Bakı-2019 ayın 27-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR