Tokio-2020-dəki maksimal iştirakçı sayı müəyyənləşib 

Tokio-2020-dəki maksimal iştirakçı sayı müəyyənləşib 
# 04 avqust 2019 13:24 (UTC +04:00)

2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək idmançıların maksimal sayı açıqlanıb.

APA-nın məlumatına görə, yarışın Təşkilat Komitəsi gələn il 15 min 490 idmançını qəbul etməyə hazırlaşır.

İştirakçıların ən yüksək həddi Olimpiya Oyunlarında 11 min 90, Paralimpiadada 4 min 400 nəfərdir. Bu rəqəmlər cüzi sayda az da ola bilər.

Təşkilat Komitəsi bu iki yarış üçün 10 milyon 100 min bileti satışa çıxaracağını da elan edib.

Qeyd edək ki, Olimpiada iyulun 24-dən avqustun 9-dək, Paralimpiada avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək. Olimpiya Oyunlarının proqramına 33 idman növü daxil ediləcək. Karate, serfinq, qayayadırmanma və skeytbordinq ilk dəfə proqramda olacaq.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR