“Formula-1”: DJ Martin Solveiq də Bakıya gələcək

“Formula-1”: DJ Martin Solveiq də Bakıya gələcək
  • Clock-gray 09:14
  • calendar-gray 05 Aprel 2018

Aprelin 27-29-da Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin konsert proqramında çıxış edəcək daha bir əcnəbinin adı açıqlanıb. Bakı Şəhər Halqasından apasport.az saytına verilən məlumata görə, tanınmış DJ Martin Solveiq də ölkəmizdə baş tutacaq yürüş üçün paytaxtımıza gələcək.

 

O, aprelin 29-da britaniyalı ulduz Dua Lipanın axşam konsertinin ardınca səhnəyə çıxacaq. Əvvəlki illərdən fərqli, bu il konsert tədbirləri və ardınca davam edəcək əyləncəli gecə proqramları “Bakı Kristal Zalı”nda keçiriləcək.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date