Pxençxan-2018: Azərbaycan idmançısı finişə çata bilməyib

Pxençxan-2018: Azərbaycan idmançısı finişə çata bilməyib
# 22 fevral 2018 07:41 (UTC +04:00)

Azərbaycan 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, bu gün yeganə təmsilçimiz Patrik Braxner dağ xizəkçiliyinin slalom yarışında bacarığını nümayiş etdirib.


106 idmançının qatıldığı mübarizədə 68-ci sıra nömrəsi ilə qüvvəsini sınayan avstriyalı legioner Soçi-2014-də olduğu kimi, bu dəfə də finişə çata bilməyib. İlk cəhddə uğursuz çıxış edən Braxner mükafatçıların müəyyənləşəcəyi ikinci yürüşə qatılmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR