Pxençxan-2018: Daha bir rusiyalı idmançıda dopinq tapılıb

Pxençxan-2018: Daha bir rusiyalı idmançıda dopinq tapılıb
# 23 fevral 2018 12:07 (UTC +04:00)

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında daha bir dopinq qalmaqalı yaranıb. Apasport.az saytının məlumatına görə, rusiyalı bobsleyçi Nadejda Sergeyeva antidopinq qaydalarını pozmaqda şübhəli bilinir.

Anastasiya Koçerjova ilə cütlükdə çıxış edən Nadejda yarışda 12-ci yeri tutub. Qadağan olunan preparatın idmançının orqanizminə burun damcısı vasitəsilə düşdüyü ehtimal edilir.

Qeyd edək ki, bunadək rusiyalı kerlinqçi Aleksandr Kruşelnitski və sloveniyalı hokkeyçi Jiqa Eqliçin də orqanizmində dopinq aşkarlanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR