Pxençxanda Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb

Pxençxanda Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb
# 07 fevral 2018 08:31 (UTC +04:00)

Bu gün Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan yığmasının məskunlaşdığı Olimpiya kəndində bayrağımızın qaldırılma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirə yığmamızın şef-de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin rəsmisi Həsənağa Rzayev və digər rəsmi şəxslər qatılıblar.

Fevralın 9-25-də keçiriləcək Olimpiadada Azərbaycan Patrik Braxnerlə təmsil olunacaq. Yığmamızda bayraqdar funksiyasını da yerinə yetirəcək 26 yaşlı avstriyalı slalom və nəhəng slalom növlərində çıxış edəcək.

Qeyd edək ki, Braxner Soçi-2014-də də yığmamızın heyətində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR