Tomas Bax Tokio-2020-nin təxirə salınmasının səbəblərini açıqlayıb

Tomas Bax Tokio-2020-nin təxirə salınmasının səbəblərini açıqlayıb
# 25 mart 2020 15:42 (UTC +04:00)

“Olimpiadanın təxirə salınması ilə bağlı qərarı koronavirusun yayılma dinamikasına görə verdik”.

Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax deyib.

Qurum başçısı Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınması barədə qəbul olunan qərara münasibət bildirib. O bildirib ki, bu addım zərurətdən atılıb: “İlk günlərdən vəziyyəti izləyir, 24 saat durumla bağlı monitorinq aparır, daim əlaqədə olur, Ümumdünya Səhiyyə Təşkilatını dinləyirdik. Hadisələrin hər cür inkişafına hazır idik. Əvvəl hər şey Yaponiyadan, onların yarışı təşkil edə bilməsindən asılı idi. Amma tədricən fokus nöqtəsi bütün dünyanı əhatə etdi”.

Uzun müddət Tokio-2020-nin təxirə salınmamasında israrlı olan qurumun rəhbəri sonradan fikirlərinin dəyişməyin səbəbinə də aydınlıq gətirib: “Belə olanda Yaponiyanın təhlükəsizliyi təmin etməsi ilə bağlı deyil, dünyanın Tokioya gələ bilməsi ilə bağlı sual önə çıxdı. Vəziyyət sürətlə dəyişdi. Oyunları dörd aydan sonra təşkil etməyin mümkünlüyü barədə əminlik yox idi. Bununla əlaqədar biz təxirəsalma ilə bağlı qərar qəbul etdik”.

Qeyd edək ki, iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Olimpiada gələn ilə qədər təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR