AMADA Bakı-2019-da dopinq nümunələrinin toplanmasını təmin edəcək

AMADA Bakı-2019-da dopinq nümunələrinin toplanmasını təmin edəcək
# 19 iyul 2019 16:31 (UTC +04:00)

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Bakıda 21-27 iyul tarixlərində keçiriləcək Avropa Gənclər Olimpiya Festivalında dopinq nümunələrinin toplanmasını təmin edəcək.

AMADA-dan APA-ya verilən məlumata görə, qurum idmançıları həm yarışlar zamanı, həm də yarışlardan kənar test edəcək.
Nümunələrin toplanması festivalın bütün yarış məkanlarında həyata keçiriləcək. Toplanmış nümunələr Köln şəhərində yerləşən və Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən akkreditasiya edilmiş laboratoriyaya göndəriləcək. Bakı-2019-da işləmək üçün onlarla dopinq nəzarəti inspektoru, şaperon və könüllülər cəlb edilib.

Bundan əlavə, festival çərçivəsində AMADA və Avropa Olimpiya Komitəsi (EOC) bir sıra maarifləndirici tədbirlər keçirəcəklər.
Festivalın açılış mərasimi iyulun 21-də baş tutacaq. Avropanın ən güclü yeniyetmə atletləri bir həftə ərzində 10 idman növündə yarışacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR