Azərbaycan fiqurlu konkisürəni: “Hədəfim həzz almaq idi”

Azərbaycan fiqurlu konkisürəni: “Hədəfim həzz almaq idi”
# 17 fevral 2022 16:37 (UTC +04:00)

“Hədəfim həzz almaq idi”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova deyib.

O, Pekin-2022 Qış Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirib: “Proqramın ilk yarısını yaxşı başa vurdum. Amma sonra nə isə baş verdi”.

Milliləşən legionerimiz istədiyi kimi çıxış edə bilmədiyini də etiraf edib: “Maksimumu göstərməyim alınmadı. Burda olduğum üçün şadam. Çünki valideynlərim də burdadır. Bu, onların mənə bütün verdiklərinin təzahürüdür. Buna görə onlara minnətdaram. Hər şey qaydasındadır. Avropa çempionatından sonra bərpa oluna bildim, sağaldım. Pis hazırlıq keçmədiyim üçün şadam”.

Yekaterina gələcək planlarına da toxunub: “Olimpiadadan sonrakı planlarım dünya çempionatı ilə bağlıdır. Moskvaya uçub orada hazırlıq keçəcəyəm. Pekində əla ab-hava var. Daha pis olacağını gözləyirdim. Amma hər şey super idi. Təhlükəsizlik tədbirləri mane olmur. Olimpiya kəndində istədiyin yerdə gəzə bilirsən. Burada çox xoşuma gəldi. Atmosferin qeyri-yarış xarakteri daşıdığını deməzdim. Bəli, azarkeşlər azdır. Mən dolu zalda konki sürməyi sevirəm. Amma yaxşı ki, onlar var. Onlar heç olmayanda çıxış etmək çətindir. Tamaşaçılar əl çaldıqca konki sürmək də xoş olur”.

Qeyd edək ki, sərbəst proqramda buz üzərinə 10-cu çıxan Ryabova bu idmançılar arasında 4-cü idi. Digər 15 iştirakçı sonra mübarizəyə qoşulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR