Azərbaycan idmançısı Pekin-2022-də yarışa çıxa bilməyib

Azərbaycan idmançısı Pekin-2022-də yarışa çıxa bilməyib
# 09 mart 2022 09:05 (UTC +04:00)

Azərbaycan idmançısı Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak edə bilməyəcək.

Apasport.az saytı xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölkəmizi Qış Paralimpiya Oyunlarında təmsil edən Mehman Ramazanzadə bu gün yarış öncəsi son məşqində aldığı ağır zədə nəticəsində yarışa çıxa bilməyib.

İdmançımıza lazım olan yardım göstərilib. M.Ramazanzadə hazırda özünü yaxşı hiss edir.

Qeyd edək ki, Ramazanzadə kross-kantri növünün sprint yarışında qüvvəsini sınamalı idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR