Azərbaycan ilk dəfə Qış Paralimpiadasında təmsil olunacaq

Azərbaycan ilk dəfə Qış Paralimpiadasında təmsil olunacaq
# 15 fevral 2022 22:30 (UTC +04:00)

Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə yığmasının üzvü tarixdə ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak edəcək.

Apasport.az saytının məlumatına görə, Mehman Ramazanzadə Pekin-2022 XIII Qış Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək.

O, kross-kantri növünün sprint kateqoriyasında çıxış edəcək. Təmsilçimiz martın 9-da mübarizə aparacaq.

Qeyd edək ki, Qış Paralimpiadası 4-13 mart tarixlərində Çinin paytaxtı Pekində keçiriləcək. Oyunların açılış mərasimi martın 4-də Milli stadionunda baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR