Azərbaycanın Qış Olimpiya Oyunlarındakı 12 illik seriyası qırılıb

Azərbaycanın Qış Olimpiya Oyunlarındakı 12 illik seriyası qırılıb
# 18 yanvar 2022 15:14 (UTC +04:00)

Pekin-2022 Qış Olimpiya Oyunlarının dağ xizəyi yarışlarında iştirak üçün verilən bütün vəsiqələrin sahibləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, 306 idmançı arasında Azərbaycan təmsilçisi olmayacaq.

Xizəkçilərimiz Pekin-2022-yə vəsiqə qazananlar sırasına düşə bilməyib. Bununla da Azərbaycan dağ xizəkçilərinin Olimpiadalardakı iştirak seriyası qırılıb. Son üç yarışda - 2010, 2014, 2018-ci ildə ölkəmiz bu növdə təmsil olunub. 2002-ci ildə də Olimpiadaya yollanan dağ xizəkçilərimiz ümumilikdə 4 dəfə dördilliyin yarışında çıxış edib.

Yalnız iki qış növündə təmsilçilərimizin olduğunu və dağ xizəyində Olimpiya ümidimizin qalmadığını nəzərə alsaq, Pekində yalnız fiqurlu konkisürməyə köklənəcəyik. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaq.

Bir Olimpiadalıq fasilədən sonra bu növdə təmsil olunacağıq. 2018-də yalnız dağ xizəkçimiz Olimpiya Oyunlarına qatılmışdı. Ümumilikdə isə bu növdə 5-ci dəfə olimpiyaçılarımız var. Bunadək 1998, 2002, 2006 və 2014-cü illərdə də fiqurlu konkisürənlərimizə ümid etmişik.

Yığmamız tarixdə 2-ci dəfə fiqurlu konkisürmədə həm kişilərin, həm qadınların yarışında təmsil olunacaq. 1998-ci ildə İqor Paşkeviçlə Yuliya Vorobyova fərdi yarışlarda buz üzərinə çıxıb. 24 ildən sonra yenə fərdi çıxışlarda iki təmsilçimiz bacarığını nümayiş etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR