Bakı-2019: Azərbaycan basketbolçuları Fransaya məğlub olub

Bakı-2019: Azərbaycan basketbolçuları Fransaya məğlub olub
# 23 iyul 2019 23:16 (UTC +04:00)

Oğlan basketbolçulardan ibarət Azərbaycan yığması XV Avropa Gənclər Yay Olimpiya Festivalında ikinci oyunu keçirib.

APA-nın məlumatına görə, A qrupunda çıxış edən milli Fransa ilə gücünü yoxlayıb.

Rəqibinə qarşı ciddi müqavimət göstərən basketbolçularımız iki periodu xeyrinə bitirsə də, yekunda məğlub olub - 45:53 (9:16, 18:12, 5:13, 13:12).

Qrupun digər matçında isə Serbiya Xorvatiyaya 102:57 (28:15, 16:14, 30:17, 28:11) hesabı ilə qalib gəlib.

Beləliklə, II turdan sonra Serbiya və Fransa yarımfinala vəsiqəni əldə ediblər. Onlar sabah öz aralarında qrup qalibini müəyyənləşdirəcəklər. Mükafat qazanmaq şansını itirən Azərbaycan millisi isə sonuncu olmamaq üçün Xorvatiyanı məğlub etməyə çalışacaq.

N

Ölkə

O

Q

M

T

X

1

Serbiya

2

2

0

179-96

4

2

Fransa

2

2

0

129-101

4

3

Azərbaycan

2

0

2

84-130

2

4

Xorvatiya

2

0

2

113-178

2

Qeyd edək ki, ilk turda Serbiyaya 39:77 hesabı ilə uduzan yığma qrup mərhələsindən sonra 5-8-ci yerlər uğrunda oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR