Bakı-2019: Azərbaycan güləşçilərinin rəqibləri müəyyənləşib

Bakı-2019: Azərbaycan güləşçilərinin rəqibləri müəyyənləşib
# 20 iyul 2019 21:35 (UTC +04:00)

Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində güləş yarışlarının püşkü atılıb.

APA-nın məlumatına görə, mübarizə sabah Heydər Əliyev adına İdman-Konsert Kompleksində start götürəcək.

İlk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 kq və 55 kq-da mübarizə baş tutacaq. Atletlər Kəndində həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və Azərbaycan güləşçilərinin rəqibləri müəyyənləşib.

Sərbəst güləş
45 kq, A qrupu, 1-ci tur

Murad Haqverdiyev - Eldar Asakayev (Rusiya)
55 kq, 1/8 final
Əbülfəz Nəsirov - Harvey Ridinqs (Böyük Britaniya)

Yunan-Roma güləşi
45 kq, təsnifat

Fərid Sadıxlı - Andrea Martino (İtaliya)
55 kq, 1/8 final
Nihat Məmmədli - Olivye Şkripçak (Polşa)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR