Bakı-2019: Azərbaycan həndbolçuları mükafatçılar sırasına düşmək şanslarını itiriblər

Bakı-2019: Azərbaycan həndbolçuları mükafatçılar sırasına düşmək şanslarını itiriblər
# 23 iyul 2019 16:33 (UTC +04:00)

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında həndbol yarışlarında II turun oyunlarına start verilib.

APA-nın məlumatına görə, ilk turda İsveçrəyə 16:34 hesabı ilə uduzan qızlardan ibarət Azərbaycan milli komandası növbəti görüşünü Macarıstan qarşı keçirib.

Oyun B qrupunda yer alan yığmamız üçün yenə uğursuz alınıb. İlk hissəni 22:13 hesabı ilə öndə bitirən rəqib yekunda 47:23 hesablı qələbə qazanıb.

Qrupumuzun digər görüşündə isə İsveçrə Çexiyaya 40:24 hesabı ilə qalib gəlib.

Beləliklə, ikinci turdan sonra İsveçrə və Macarıstan yarımfinala vəsiqə qazanıb. Hər iki qarşılaşmadan 2 xalla ayrılan komandalar sabah öz aralarında qrup qalibini müəyyənləşdirəcəklər. Mükafatçılar sırasına düşmək şansını itirən Azərbaycan yığması isə 5-8-ci yerlər uğrunda oynayacaq.

Qeyd edək ki, qrup mərhələsində Çexiya ilə millimizin oyunu sabah 14:30-da başlayacaq.

B qrupu
II tur

Azərbaycan – Macarıstan – 23:47 (13:22)
Çexiya – İsveçrə - 24:40 (9:19)

Ölkə

O

Q

H

M

T

X

İsveçrə

2

2

0

0

74-40

4

Macarıstan

2

2

0

0

77-45

4

Çexiya

2

0

0

2

46-70

0

Azərbaycan

2

0

0

2

39-81

0

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR