Bakı-2019: Azərbaycan velosipedçisi 50-ci yeri tutub

Bakı-2019: Azərbaycan velosipedçisi 50-ci yeri tutub
# 23 iyul 2019 19:07 (UTC +04:00)

Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında oğlan velosipedçilər mübarizəyə başlayıb.

APA-nın məlumatına görə, idmançılar fərdi vaxtla şossedə yürüşündə çıxış ediblər.

Start xəttinə 90 idmançı çıxıb. Azərbaycan millisinin üç üzvü də 10 km məsafəni qət edib.

Onlar arasında ən yaxşı nəticəni Nikita Şitov göstərib. Məsafəni 14 dəqiqə 35,51 saniyəyə qət edən təmsilçimiz 50-ci olub

Ondan 21,88 saniyə geri qalan Mustafa Muxtarlı 68-ci pillədə qərarlaşıb. Nofəl Nuriyev isə 83-cü yerlə kifayətlənib. Onun nəticəsi 15 dəqiqə 31,44 saniyə olub.

Qeyd edək ki, yarışın qalibi adına Madis Mihkels yiyələnib. Estoniyalı velosipedçi 13 dəqiqə 10,19 saniyə nəticəyə imza atıb.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR