Bakı-2019: İlk günün gündəliyi

Bakı-2019: İlk günün gündəliyi
# 21 iyul 2019 08:00 (UTC +04:00)

Bu gün XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürəcək.

APA-nın məlumatına görə, ilk dəfə Bakıda təşkil olunan yarışların ilk günündə açılış mərasimi keçiriləcək, həmçinin iki idman növü üzrə mübarizəyə start veriləcək.

Azərbaycanın 8 idmançısı ilk gündə qüvvəsini sınayacaq. Festival tennisçilərin fərdi mübarizəsi ilə başlayacaq. 4 idmançımız 1/32 finalda qüvvəsini sınayacaq.

4 güləşçimiz mükafatlar uğrunda mübarizə aparacaq. 10:30-da start götürən güləşçilərin mübarizəsində final qarşılaşmaları 16:00-da başlayacaq.

21 iyul
09:00. Tennis
Oğlanlar, 1/32 final

Tamerlan Əzizov - Daniele Minigini (İtaliya)
Kənan Qasımov - Alessio Basile (Belçika)

Qızlar, 1/32 final
Polina Drobişeva - Salma Druqdova (Slovakiya)
Alina Hüseynova - Jülyet Bovi (Belçika)

10:30. Sərbəst güləş
45 kq, A qrupu, 1-ci tur

Murad Haqverdiyev - Eldar Asakayev (Rusiya)

55 kq, 1/8 final
Əbülfəz Nəsirov - Harvey Ridinqs (Böyük Britaniya)

10:30. Yunan-Roma güləşi

45 kq, təsnifat
Fərid Sadıxlı - Andrea Martino (İtaliya)

55 kq, 1/8 final
Nihat Məmmədli - Olivye Şkripçak (Polşa)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR