Bakı-2019: Nümayəndə heyətləri Atletlər kəndində şənlik keçiriblər - FOTO

Bakı-2019: Nümayəndə heyətləri Atletlər kəndində şənlik keçiriblər - FOTO
# 20 iyul 2019 21:00 (UTC +04:00)

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək ölkələrin nümayəndələri Atletlər kəndində məskunlaşıblar.

APA-nın məlumatına görə, yarışa qatılacaq 48 ölkənin nümayəndə heyətləri bununla bağlı şənlik təşkil ediblər.

XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də keçiriləcək. Atletlər kəndində iştirakçı 48 ölkədən 3900 nəfər idmançı və texniki nümayəndə heyəti məskunlaşacaq.

Atletlər idmanın 10 növü – idman gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar. Olimpiya festivalı zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR