Bakı-2019: Azərbaycan tennisçilərinin rəqibləri bəlli olub

Bakı-2019: Azərbaycan tennisçilərinin rəqibləri bəlli olub
# 20 iyul 2019 18:58 (UTC +04:00)

Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının püşkatma mərasimi keçirilib.

APA-nın məlumatına görə, oğlan və qızların fərdi yarışlarında 1/32 final mərhələsinin cütləri dəqiqləşib.

Sabah start götürəcək tennis yarışlarında mübarizə aparacaq Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib. Yığmamız bu idman növündə iki oğlan və iki qızla təmsil olunacaq. Milli üzvləri hamısı mübarizəyə 1/32 finaldan başlayacaq.

Oğlanların yarışında Tamerlan Əzizov italiyalı Daniele Minigini, Kənan Qasımov belçikalı Alessio Basile ilə görüşəcək.

Qızların mübarizəsində Polina Drobişeva slovakiyalı Salma Druqdova, Alina Hüseynova belçikalı Jülyet Bovi ilə qarşılaşacaq.

Qeyd edək ki, bu idman növündə yarışlar Bakı Tennis Akademiyasında baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR