Çində keçiriləcək Asiya Oyunları təxirə salınıb

Çində keçiriləcək Asiya Oyunları təxirə salınıb
# 06 may 2022 10:43 (UTC +04:00)

Asiya Oyunları təxirə salınıb.

APA xəbər verir ki, bu barədə Asiya Olimpiya Şurası məlumat yayıb.

“Asiya Olimpiya Şurası Çinin Hançjou şəhərində 2022-ci il sentyabrın 10-dan 25-dək keçirilməsi planlaşdırılan 19-cu Asiya Oyunlarının təxirə salınacağını açıqlayır.

İdman yarışının yeni tarixi daha sonra açıqlanacaq”, - bəyanatda qeyd olunub.

Oyunların təxirə salınması ilə bağlı heç bir səbəb göstərilməyib, lakin bu bəyanat Çinin COVID-19-un yenidən canlanması ilə mübarizə apardığı zamana təsadüf edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR