Çingiz Hüseynzadə: "Parada 20-30 nəfərlik nümayəndə heyətimiz qatılacaq" - FOTOSESSİYA - VİDEO - YENİLƏNİB

Çingiz Hüseynzadə: "Parada 20-30 nəfərlik nümayəndə heyətimiz qatılacaq" - FOTOSESSİYA - VİDEO  - YENİLƏNİB
# 23 iyul 2021 11:14 (UTC +04:00)

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və icraçı baş katib Azər Əliyev Tokioda Atletlər kəndinə səfər edib.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı Milli Olimpiya Komitəsi (MOK) feysbuk səhifəsi vasitəsilə yayıb.

Hüseynzadə və Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına yollanan Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı onlar idmançılara yaradılan şəraitlə və hazırlıqları ilə tanış olublar.

Hüseynzadə idmançılarla görüşdə onlardan uğurlu nəticələr gözlədiyini söyləyib: “Çətin şəraitdə sizin üçün yarışmağın ağır olacağını başa düşürəm. Ancaq yenə də sizdən böyük nəticələr gözləyirik. Sizin bir istəyiniz, tələbiniz, narahat olduğunuz hansısa məqam varsa deyə bilərsiniz. Atletlər Kəndində yaxşı şərait yaradılıb, sizin də qaldığınız yer yaxşıdır. Sizi görmək və uğurlar arzulamaq üçün gəldim. Gözəl nəticələr gözləyirik”.

MOK rəsmisi bu gün keçiriləcək Tokio-2020-nin açılış mərasimi barədə də fikirlərini bölüşüb: “Bu gün bizim idmançılarımız da parada çıxacaqlar. Əlbəttə ki, bütün idmançılarımız hələ burada deyil. Əsas idmançılarımız – güləşçilərimiz, karateçilərimiz, gimnastlarımız hələ gəlməyiblər. Onların yarışı son günlərdə olacaq. Bu üzdən açılış mərasiminə burada mövcud olan idmançılar çıxacaq. Sabah yarışa çıxacaq idmançılarımız da orada olmayacaqlar. Təxminən 20-30 nəfərlik nümayəndə heyətimiz parada qatılacaq. Ümid edirəm ki, mərasim zamanı idmançılarımız təntənəli şəkildə keçid edəcəklər”.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 15:00-da açılış mərasimi olacaq Olimpiada avqustun 8-dək davam edəcək. Yarışa 40 lisenziya qazanan Azərbaycan yığması 44 idmançı ilə təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR