İspaniya 2030-cu il Olimpiya oyunlarına ərizə verməkdən imtina edib

İspaniya 2030-cu il Olimpiya oyunlarına ərizə verməkdən imtina edib
# 22 iyun 2022 05:00 (UTC +04:00)

İspaniya Milli Olimpiya Komitəsi 2030-cu il il Qış Olimpiya oyunlarına ərizə verməkdən imtina edib.

APA xəbər verir ki, buna Araqona və Kataloniya regionlarının razılığa gələ bilməməsi səbəb olub. Tərəflər oyunların regionlar üzrə bölgüsündə razılığa gələ bilməyiblər. Milli Olimpiya Komitəsi məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsini məlumatlandırıb.

2030-cu il il Qış Olimpiya oyunlarının keçiriləcəyi ölkə Beynəlxalq Olimpiya Komitəsinin gələn il keçiriləcək sessiyasında açıqlanacaq. Artıq 3 ölkə - ABŞ, Kanada, Yaponiya tədbirə ev sahibliyi etmək üçün rəsmi müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR