“Milli Paralimpiya Komitəsi bütün dünyaya idmançılarının gücünü nümayiş etdirdi”.
Apasport.az saytının məlumatına görə, bunu Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycan yığmasının Tokio-2020 Yay Paralimpiya Oyunlarındakı çıxışını yüksək qiymətləndirib: “Azərbaycan əsgəri kimi, idmançıları da bütün dünyaya öz iradəsini, gücünü göstərdi. Bundan da yaxşı ola bilərdi. Qarşıda Paris-2024 Yay Paralimpiya Oyunları gəlir. İnşallah. 2024-cü ildə də yeni uğurlarımızla millətimizi sevindirəcəyik”.
Qeyd edək ki, Tokio-2020-də 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan Azərbaycan paralimpiyaçıları medal siyahısında 10-cu yeri tutub.