Minsk-2019: Azərbaycan badmintonçusu 1/8 finala yüksəlib

Minsk-2019: Azərbaycan badmintonçusu 1/8 finala yüksəlib
  • Clock-gray 21:00
  • calendar-gray 25 İyun 2019

Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarında badminton idman növündə növbəti oyunlar keçirilir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, kişilərin fərdi mübarizəsində qrup mərhələsinin II turunun qarşılaşmalarına start verilib.

Azərbaycanı təmsil edən Ezmi Qovimuramadhoni G qrupunda ikinci matçına çıxıb. İlk turda Rumıniya idmançısı Kollins Valentin Filimona qalib gələn (2:1) badmintoçumuz bu dəfə lüksemburqlu Robert Mannla üz-üzə gəlib. 

O, bu dəfə görüşün taleyini iki setdə həll edib – 2:0 (21:15, 21:18). Bu qələbə idmançımıza 1/8  finala vəsiqə qazandırıb. 

Turnirin reqlamentinə əsasən, qrup mərhələsində ilk 2 yeri tutan badmintonçu 1/8 final mərhələsinə vəsiqə qazanır. Hərəyə iki qələbə qazanan E.Qovimuramadhoni və Rusiya idmançısı Vladimir Malkov rəqibləri üçün əlçatmaz olub. 

Qeyd edək ki, 1/8 finala vəsiqəni təmin edən badmintonçular sabah keçiriləcək son turda üz-üzə gələcəklər. Əlavə göstəricilərə görə lider olan təmsilçimiz mövqeyini qorumaq üçün qalib gəlməlidir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date