Minsk-2019: Azərbaycan gimnastları finala yüksələ bilməyiblər

Minsk-2019: Azərbaycan gimnastları finala yüksələ bilməyiblər
  • Clock-gray 18:24
  • calendar-gray 25 İyun 2019

Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarının batut gimnastikası yarışları bu gün başa çatacaq.  

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu idman növündə kişilərin fərdi hərəkətlərində mübarizəyə start verilib.

Təsnifat mərhələsində 24 idmançı çıxış edib. Azərbaycan təmsilçiləri Ruslan Ağamirovla İlya Qrişunin də bacarıqlarını nümayiş etdiriblər. Lakin gimnastlarımız final mərhələsinə vəsiqə qazana bilməyiblər.

Belə ki, R.Ağamirovun çıxışı 65,485 xalla qiymətləndirilib. O, təsnifatda 20-ci olub. İ.Qrişunin isə daha az - 56,860 xal toplayıb. O, yarışı 23-cü yerdə başa vurub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date