MOK-un yeni baş katibi və vitse-prezidentləri bəlli olub - FOTOLENT

MOK-un yeni baş katibi və vitse-prezidentləri bəlli olub - FOTOLENT
# 16 dekabr 2021 12:41 (UTC +04:00)

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat-seçki Baş Məclisi keçirilib.

MOK-un mətbuat xidmətindən apasport.az saytına məlumatına görə, hesabat-seçki Baş Məclisi öz işini başa çatdırdıqdan sonra MOK İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.

İclasda Azər Əliyev baş katib, Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftahətdinova vitse-prezident seçiliblər.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, Azər Əliyev baş katib postunda Ağacan Abiyevi, gənclər və idman naziri Fərid Qayıbov vitse-prezident vəzifəsində mərhum sələfi Azad Rəhimovu, Zemfira Meftahətdinova isə Xəzər İsayevi əvəz edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR