Olimpiada iştirakçıları arasında koronavirusa yoluxanlar artır

Olimpiada iştirakçıları arasında koronavirusa yoluxanlar artır
# 29 yanvar 2022 07:41 (UTC +04:00)

Pekin olimpiya oyunlarına gələnlər arasında Covid-19 testinin nəticələri müsbət çxanların sayı artır.

APA-nın xəbrinə görə, bunu olimpiadanın tibb qrupunun rəhbəri Brayan Makkloski deyib.

“Yoluxma sayı bizim gözlədiyimiz həddədir. Biz infeksiyanın qarşısını almaq üçün üç səviyyəli müdafiə mexanizmi qurmuşuq. Son 2 gündə gələnlərin sayı 3 min nəfəri keçdiyindən müsbət nəticə verən test sayı da artır”, - deyə Makloski bildirib.

“Səviyyələrə gəlincə, birinci mərhələdə iştirakçı öz ölkəsində test edilir. İkinci test aeroportda, üçüncü isə yarış keçirildiyi yerdə aparılır” deyə Makloski əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR