Pekin-2022: Azərbaycan parada 3 nəfərlə çıxacaq

Pekin-2022:  Azərbaycan parada 3 nəfərlə çıxacaq
# 04 fevral 2022 15:50 (UTC +04:00)

Azərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək.

Milli Olimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, yığmamız bu gün saat 16:00-da start götürəcək parada 3 nəfərlə qatılacaq.

Qış Olimpiya Oyunlarında Azərbaycanın şef-de-missionu, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov, məşqçi Aleksey Çetvertuxin və yığmamızın bayraqdarı Vladimir Litvinsev Pekin Milli Stadionunda təşkil olunacaq mərasimə qatılacaq.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasiminə Azərbaycan nümayəndə heyətinin üzvləri 42-ci çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR