Pekin-2022: Qış Olimpiadası başlayıb

Pekin-2022: Qış Olimpiadası başlayıb
# 02 fevral 2022 15:30 (UTC +04:00)

Pekin-2022 Qış Olimpiya Oyunları start götürüb.

Apasport.az saytının məlumatına görə, açılış mərasimi fevralın 4-də baş tutacaq yarışda bəzi iştirakçılar mübarizəyə bu gündən başlayıb.

Bakı vaxtı ilə saat 15:30-da kirşə idmanında kişilərin fərdi yarışında mübarizə aparan idmançılar birinci test yürüşünə çıxıblar. Məşq xarakteri daşıyan kirşəçilər üçün bu çıxış yarış öncəsi rəsmi sınaqdır.

Bakı vaxtı ilə saat 16:05-də isə Pekin-2022-nin ilk yarışları başlayacaq. Kerlinqdə mübarizə aparan qarışıq cütlər qrup mərhələsində ilk turun görüşlərinə çıxacaq.

Eyni vaxtda 4 qarşılaşma start götürəcək. İsveç Böyük Britaniya, Avstraliya ABŞ, Norveç Çexiya, Çin İsveçrəni sınağa çəkəcək.

Qeyd edək ki, sabah hokkey, dağ xizəyi, tramplindən xizəklə tullanma, fristaylda da yarış və ya rəsmi məşqlər baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR