Tokio-2020: Azərbaycan güləşçisi yarışla vidalaşıb

Tokio-2020:  Azərbaycan güləşçisi yarışla vidalaşıb
# 05 avqust 2021 13:26 (UTC +04:00)

Sərbəst güləş üzrə Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Apasport.az saytının məlumatına görə, ilk olaraq Turan Bayramov xalça üzərinə çıxıb.

Təəssüf ki, o, yarışı medalsız başa vurub. Təmsilçimiz 1/4 final səddini aşa bilməyib.

Sərbəst güləş
5 avqust
74 kq

1/8 finaldan yarışa qoşulan Turan Bayramov Olimpiadaya uğurlu başlayıb. Gənc pəhləvanımız ilk görüşündə ukraynalı Vasil Mixaylovu üstələyib. 4:1 hesablı qələbə qazanan gənclər arasında Avropa və dünya çempionu uğurlu çıxışını davam etdirə bilməyib. O, 1/4 finalda İtaliya təmsilçisi Frank Çamizoya 1:3 hesabı ilə uduzub.

Çamizo növbəti qarşılaşmasında uduzduğu üçün Bayramov bürünc medal şansını da itirib və Olimpiada ilə vidalaşıb.

Qeyd edək ki, digər güləşçilərimizdən Hacı Əliyev (65 kq), Şərif Şərifov (97 kq) və Mariya Stadnik (50 kq) sabah mübarizəyə qoşulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR